top of page

Mikel Artera rəqib baş məşqçini söyüb! VİDEO


“Portu”nun baş məşqçisi Serxio Konseysao “Arsenal”ın çalışdırıcısı Mikel Artetanın onu söydüyünü deyir.


90plus.az xəbər verir ki, ötən gecə Çempionlar Liqasının 1/8 finalında “Arsenal”ın penaltilərdə qalib gəldiyi matçdan sonra bu hadisə yaşanıb.


Konseysao bu barədə mətbut konfransınd danışıb: “Nəticə ədalətsiz idi. “Portu” qalib gəlməli idi. Arteta isə ailəmi təhqir etdi. Bunun ispan məşqçilərlə əlaqəsi olub-olmadığını bilmirəm, amma o, mənim ailəmi söydü”.


Mikel Arteta isə oyundan sonra keçirilən mətbuat konfransında yalnız “şərh etməyəcəm” deyərək mövzunu yekunlaşdırıb.


Oyundan sonra Arteta və Konseysaonun dialoq görüntüsünü izləyə bilərsiniz:


Qeyd: “Portu”nun baş məşqçisi S.Konseysao həmçinin 2021-ci ildə Çempionlar Liqasının matçından sonra “Çelsi”nin baş məşqçisi Tomas Tüheli də onu təhqir etməkdə günahlandırmışdı.

0 comments
bottom of page