“Milan” klubu “Qalatasaray”ın yeni transferi Nikolo Zaniolonu heyətinə qatmaq istəyir.
90plus.az “AS”a istinadən xəbər verir ki, transfer qiyməti 35 milyon avro olan italyan ulduz üçün “Milan” bu rəqəmi aşağı salmağı planlaşdırır.
“Milan”ın 23 yaşlı oyunçu üçün 30 milyon avroluq transfer təklifi hazırladığı bildirilir.
Qeyd edək ki, sarı-qırmızılılarda 2 oyun keçirən Zaniolo 1 qol vurub.
