top of page

"Milan" "Çelsi"dən futbolçunu transfer etdi


"Milan" heyətinə yeni futbolçu cəlb edib.

90plus.az klubun saytına istinadən xəbər verir ki, A seriyası təmsilçisi "Çelsi"dən Ruben Loftus-Çiki transfer edib. İtaliya klubu 27 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək müqavilə imzaladığını açıqlayıb.


Daha əvvəl "Milan"ın futbolçu üçün 15 milyon avro və bonuslar ödəyəcəyi bildirilirdi .

Qeyd edək ki, Ruben "Çelsi"nin yetirməsidir. O, London klubu ilə Premyer Liqa, Avropa Liqası və UEFA Superkubokunu qazanıb. Loftus-Çik ötən mövsüm Premyer Liqada 25 oyuna çıxıb və 1 qolun ötürməsini verib.

0 comments
bottom of page