top of page

Millimiz Avro-2024-də tarixi qələbə qazandı!


Azərbaycan millisi bu gün Avro-2024-ün seçmə mərhələsində F qrupunda növbəti oyununa çıxıb.


90plus.az  xəbər verir ki, rəqib İsveç yığması olub. Bakıda - Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş Azərbaycan millisinin böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0. Millimiz 57-ci dəqiqədə azlıqda qalsa da, üstünlüyünü qoruyub və 89-cu dəqiqədə kapitan Emin Mahmudovun möhtəşəm qolu ilə fərqi artıraraq qələbəni əldə edib.

Bu oyunu qadın hakim idarə edib. Referi isveçrəli Ester Ştaubl olub.

Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk oyunda İsveç Azərbaycana 5:0 hesabı ilə qalib gəlmişdi.

Bu gün qrupun digər oyununda Avstriya səfərdə Estoniyanı 2:0 hesabı ilə məğlub edib.

 

Avro-2024, seçmə mərhələ, 9-cu tur

16 noyabr

21:00 Azərbaycan - İsveç - 3:0 

Qol: Emin Mahmudov, 3, Renat Dadaşov, 6, Emin Mahmudov, 89

Qırmızı vərəqə: Bəhlul Mustafazadə, 57 (Azərbaycan)

Baş hakim: Ester Ştaubli (İsveçrə)

Tofiq Bəhramov adına Respublika Stadionu

21:00. Estoniya - Avstriya - 0:2 

Qol: Laymer, 26, Lenhart, 39

0 comments
bottom of page