top of page

Millimiz böyük hesabla uduzdu!


Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət futbol millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Turnirinə böyükhesablı məğlubiyyətlə start verib.


90plus.az xəbər verir ki, İlham Yadullayevin kollektivi “ABFF Technical Center”də Belarusun eyni yaş qrupundan ibarət komandasına 0:4 hesabı ilə uduzub.


Qeyd: Millimiz aprelin 25-də, saat 16:00-da Özbəkistan, aprelin 28-də, saat 13:00-da isə Tacikistan seçməsilə üz-üzə gələcək.

0 comments
bottom of page