top of page

Millimiz FIFA reytinqində irəliləyib


Azərbaycan milli komandası FIFA reytinqində 1 pillə irəliləyib. 90plus.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv 1127 xalla 128-ci sırada qərarlaşıb. Buna yığmanın UEFA Millətlər Liqasının iyun ayında keçirilmiş matçlarında Belarusla səfər oyununda qolsuz heç-heçə etməsi, ev matçında 2:0 hesablı qələbə qazanması səbəb olub. Qazaxıstan və Slovakiya ilə matçlarda isə müvafiq olaraq, 0:2 və 0:1 hesablı məğlubiyyət qeydə alınıb. Komanda ötən reytinqdə 1126 xalla 129-cu olub. Milli komandanın rəqiblərindən Slovakiya 1439 xalla 51-ci, Belarus 1226 xalla 96-cı, Qazaxıstan isə 1166 xalla 124-cüdür. Reytinqin ilk pilləsində dəyişiklik baş verməyib. Braziliya millisi (1837) siyahıya başçılıq edir. 1821 xala malik Belçika 2-ci, 1770 xalı olan Argentina isə 3-cü pilləyə yüksəlib. Türkiyə seçməsi 1475 xalla 42-ci yerdədir.

0 comments
bottom of page