top of page

Millimiz Niderland və Rumıniya ilə eyni qrupa düşdü


Final mərhələsi 2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının elit-raund mərhələsinin püşkü atılıb.

90plus.az xəbər verir ki, millimiz A qrupunda Qazaxıstan, Rumıniya və Niderland komandaları ilə mübarizə aparacaq. Bu mərhələnin oyunları 11-20 sentyabr, 2-11 oktyabr və 11-20 dekabr tarixlərində keçiriləcək.

Qeyd edək ki, Avropa zonasında qrup qalibləri (5 komanda) final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı nəticəyə malik 4 ikinci yerin sahibi pley-off oyunlarında iştirak edəcək və qalib gələn iki komanda final mərhələsinə yüksələcək.

A qrupu

Qazaxıstan

Rumıniya

Azərbaycan

Niderland

0 comments
bottom of page