top of page

Millimiz Portuqaliyaya qalib gələrək 1/4 finala yüksəldi

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında 1/4 finala yüksəlib.


90plus.az məlumatına görə, yığma 1/8 finalda Portuqaliyaya qalib gəlib.


G qrupunda keçirdiyi hər üç görüşdə qələbə qazanan Elşad Quliyevin yetirmələri rəqibini 3:0 hesabı ilə üstələyərək, uğurlu seriyanı davam etdiriblər.

Komandamızın heyətində 30-cu dəqiqədə Mirmehdi Rzayev, 46-cı dəqiqədə Elvin Əlizadə, 49-cu dəqiqədə isə Rəvan Kərimov fərqləniblər.


Millimiz 1/4 finalda Bolqarıstan – İngiltərə cütünün qalibi ilə qarşılaşacaq. Yarımfinala vəsiqə uğrunda matç noyabrın 2-də baş tutacaq.



0 comments

Comentários


bottom of page