top of page

Millimiz Rumıniya üçün arzuolunmaz rəqib rolundadır!


Rumıniya yığması üçün UEFA Millətlər Liqasının 2024/2025 mövsümündə Azərbaycanla qarşılaşmaq çətindir.


90plus.az rumın mediasına istimadən xəbər verir ki, millimiz C Liqasında çıxış edəcək rumınlar üçün çətin rəqib hesab edilir.


Yerli federasiya Azərbaycanla yanaşı, Şimali Makedoniya və Litvanı da arzuolunmaz rəqiblər hesab edir. Onlar Farer adaları, Kipr və Estoniyadan ibarət qrup arzulayırlar.


Qeyd edək ki, Millətlər Liqasında yeni mövsümün püşkatma mərasimi 2024-cü il fevralın 8-də Fransanın paytaxtı Parisdə təşkil olunacaq. Azərbaycan yığması C Liqasının II səbətində yer alacaq.

0 comments

Comments


bottom of page