top of page

Millimizin növbəti oyunun hakimləri bəllidir


Millimizin AÇ-2024-ün seçmə mərhələsində Avstriya ilə keçirəcəyi oyunun hakimlər briqadası artıq bəllidir.


90plus.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanıYunanıstandan olan hakimlər briqadası idarə edəcək.

Oyunu Aristotelis Diamantopulos idarə edəcək. Onun köməkçiləri isə Konstantinos Psarris və Andreas Meintanas olacaqlar. Dördüncü hakim funksiyasını Anastasios Papapetru yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 16-da keçiriləcək Azərbaycan – Avstriya oyunu saat 20:00-da başlayacaq.

0 comments

Comments


bottom of page