top of page

Millimizin oyunu yeni stadionda keçirilə bilər

Millimizin DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla səfər oyunu yeni stadionda keçirilə bilər.

90plus.az xəbər verir ki, bu barədə Lüksemburq bələdiyyəsinin sədri Lidi Polfer ölkə mətbuatına açıqlamasında deyib. O bildirib ki, sentyabrın 1-də Azərbaycana qarşı keçiriləcək görüşün "Stade de Luxembourg" oynanılması mümkündür.

Qeyd edək ki, bu stadionda ilk matçın Şotlandiya ilə oynanılması planlaşdırılırdı. Ancaq lazımi yoxlamalara ehtiyac duyulduğundan açılış növbəti görüşə kimi təxirə salınıb.

0 comments
bottom of page