top of page

Millimizin potensial rəqibləri bilinib


Bosniya və Herseqovinada ( Sarayevoda ) keçiriləcək minifutbol üzrə Avropa çempionatında Azərbaycan millisinin potensial rəqibləri məlum olub.


90plus.az xəbər verir ki, püşkatma mərasimi aprelin 4-də baş tutacaq.


Azərbaycan millisi püşkatmaya birinci səbətdən qoşulacaq.


1-ci səbət: Bosniya və Herseqovina, Rumıniya, Bolqarıstan, Qazaxıstan, Azərbaycan, Slovakiya.


2-ci səbət: Macarıstan, Çexiya, Fransa, Serbiya, Ukrayna, Monteneqro.


3-cü səbət: İngiltərə, Gürcüstan, İtaliya, Polşa, İspaniya, Sloveniya.


4-cü səbət: Portuqaliya, Albaniya, Yunanıstan, Avstriya, Türkiyə, Xorvatiya.


Qeyd: Avropa çempionatı iyunun 1-dən 9-na qədər Sarayevo şəhərində baş tutacaq.

0 comments
bottom of page