top of page

Millimizin sabiq futbolçusu "Sumqayıt"a qoşuldu

Premyer Liqanın 2-ci yarısı üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.


"90plus.az" klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda son olaraq Moldovanın “Dinamo-Avto” komandasında çıxış etmiş cinah oyunçusu Dmitri Nağıyevlə 2.5 illik müqavilə imzalayıb.


Qeyd edək ki, Dmitri Nağıyev “Dinamo-Avto” (21 oyun, 1 qol) ilə yanaşı “Stumbras” (1 oyun), “Qarabağ Vyana” (15 oyun, 1 qol) və “Dnepr”in (13 oyun, 1 qol) uğurları üçün çalışıb. Nağıyev həmçinin U-21 millimizin də (2 oyun) şərəfini qoruyub.

0 comments
bottom of page