top of page

Millimizin sabiq çalışdırıcısı favoritlərini açıqladı: "Onlar üçün məqam yetişib"

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Qətərdə təşkil olunan DÇ-dəki əsas favoritlərini açıqlayıb.


90plus.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Çilinin "La Tercera" qəzetinə müsahibəsində bu barədə danışıb:


"Bu, fərqli bir dünya çempionatıdır. Tarixdə heç vaxt ilin bu vaxtında oynanılmayıb. Mövsümün bu mərhələsində futbolçuların mundiala hansı formada gəldiyini görürük. Onların klub matçlarından cəmi on gün keçib. Belədə milli komandalarla məşq etmək üçün az vaxtları olub.

Favoritim? Cənubi Amerika komandaları bir müddətdir titul qazanmır. Düşünürəm ki, onlar üçün indi məqam yetişib. Braziliyanın yaxşı komandası var. Argentinanın da şansı var, balanslı komandadır. Baxmayaraq ki, ilk oyunda sürpriz məğlubiyyətlə üzləşdilər. Avropada Fransa və Belçika mənə güclü görünür. Onlar böyük liderlərə sahibdirlər".

0 comments
bottom of page