top of page

Millimizin üzvü dubl edib komandasına qələbə gətirdi! VİDEO


Niderland 1-ci divizionunda Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçü komandasına qələbə qazandırıb.


90plus.az xəbər verir ki, Kökçünün çıxış etdiyi "Eyndhoven" öz meydanında "Emmen"i qəbul edib və 3:2 hesablı qalibiyyət əldə edib.

Ozan Can matça əvvəldən sona qədər meydanda olub və dubl edib. Yarımmüdafiəçi 20-ci dəqiqədə komandasının 1-ci və 90+3-cü dəqiqədə 3-cü qolunu vurub. Bundan başqa 2-ci qola da böyük töhfə verib.


Qolları aşağıdakı linkdən izləyə bilərsiniz:



Qeyd edək ki, 18 turdan sonra 26 xal toplayan "Eyndhoven" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

0 comments
bottom of page