top of page

Millimizlə oyun üçün yekun heyəti açıqladılar

Moldova millisinin Azərbaycan və Rumıniya ilə keçirəcəyi yoldaşlıq oyunları üçün yekun heyəti açıqlanıb.


90plus.az Moldova Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, siyahıda 28 futbolçu yer alıb.


Moldova millisinin yekun heyəti:


Qapıçılar: Dorian Raylyan ("Unirya Dej", Rumıniya), Kristian Avram ("Petrokup"), Dmitri Çelyadnik ("Şerif")


Müdafiəçilər: İqor Armaş ("Voluntar", Rumıniya), Vyaçeslav Posmak ("Boluspor", Türkiyə), Yon Jardan, Yoan-Kelin Revenko (hər ikisi "Petrokup"), Vadim Boloxan ("Milsami"), Oleq Ryabçuk ("Olimpiakos", Yunanıstan), Artur Kraçun ("Hapoel" Kfar Saba, İsrail), Daniel Dumbravanu ("Apoel", Kipr), Yuri Yovu ("İstra", Xorvatiya)


Yarımmüdafiəçilər: Artur Yonitse ("Piza", İtaliya), Serciu Platika, Mixai Platika (hər ikisi "Petrokup"), Vadim Ratse ("Voluntar"), Yevgeni Koçuk ("Pünik", Ermənistan), Mixail Kaymakov ("Torpedo", Rusiya), Kristian Dros ("Slaviya", Belarus), Nikita Motspan ("Hapoel" Hayfa, İsrail), Viktor Stıne ("Panserraikos", Yunanıstan), Serafim Kojokar ("Belts")


Hücumçular: Yon Nikolaesku ("Beytar", İsrail), Vitali Damaşkan ("Voluntar"), Virciliu Postolaki ("UTA Arad", Rumıniya), Niki Kleşenko ("Sion", İsveçrə)

Qeyd edək ki, noyabrın 16-da Moldovanın paytaxtı Kişinyov şəhərindəki “Zimbru” stadionunda keçiriləcək Moldova- Azərbaycan oyunu Bakı vaxıt ilə saat 20:00-da başlayacaq. Moldova yığması bundan 4 gün sonra Rumıniya ilə üz-üzə gələcək.



0 comments
bottom of page