top of page

“Milliyə cağırsalar canla-başla oynayaram, çağırmasalar da canları sağ olsun”

90plus.az qol.az saytına istinadən xəbər verir ki, “Səbail” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov müsahibəsində deyib:

- Hazırkı durumun haqda nə deyə bilərsən?

- Normaldır. Düzdür, komandaya gec qoşulmağım və 6 ay futbolsuz qalmağım müəyyən çətinliklər yaratdı. Amma oyundan-oyuna, məşqdən-məşqə yüksəlmə hiss edirəm. Qarşıda “Keşlə”, “Neftçi”, “Zirə” ilə çətin oyunlar var. Buna rəğmən hədəfimiz qələbədir.

- Ötən gün “Qarabağ”la matçda yaxşı çıxış etdinizdə də, buraxdığınız bir qol məğlubiyyətə səbəb oldu...

- “Qarabağ” güclü klubdur, onlara qarşı oynamaq asan deyil. Amma bizim üçün rəqibin fərqi yoxdur, meydana çıxırıqsa, yalnız qələbə qazanmağı düşünürük. Uşaqlar çox yaxşı mübarizə apardı. Cərimə zərbəsindən buraxdığımız qol isə gözlənilməz oldu. Bəlkə də bu qol oyun epizodunda olsaydı, bu qədər təsir etməzdi. Bu, futboldur, hər şey olur. Rəqibi təbrik edirəm.

- Turnir cədvəlində üst pillədə qərarlaşmasanız da, rəqiblərlə xal fərqi çox deyil. Komandanın potensialı yüksək pilləyə qalxmağa kifayət edəcək?

- Digər komandalara baxanda həm maliyyə, həm də futbolçu cəhətdən ən çox əziyyət çəkən bizik. Amma bizdə olan birlikdən, klub daxilində olan həmrəylikdən çox razıyam. Gələcək oyunlarda qələbələrə köklənib medallar qazanmaq istəyirik.

- Təcrübəli futbolçusan. Dediyin kimi özündə yüksəliş hiss edirsən, millidən dəvət gözləyirsən?

- Bu haqda danışmaq istəmirəm. Çağırsalar can-başla oynayacağam, çağırmasalar da canları sağ olsun. Yetər ki, milli qələbə qazansın.

0 comments
bottom of page