top of page

Misli Premyer Liqası: “Səbail” 6-ya qalxdı, “Sabah” 5-də!


Azərbaycan Premyer Liqasının 31-ci turu 2 oyunla yekunlaşıb.


90plus.az xəbər verir ki,  “Səbail” 31-ci turun bağlanış matçında səfərdə Araz-Naxçıvana qalib gəlib:


Araz 0 - 2 Səbail

Ramalingom A. 32’

Nabiyev Y. 75’


Qollar:


Muxtar Respublika təmsilçisi ardıcıl 4-cü məğlubiyyətini aldı. "Qırmızı-ağlar"ın qələbəsiz oyunlar seriyası 9-a yüksəldi. 32 xalda qalan “Araz-Naxçıvan” 8-ci pillədə qərarlaşıb.


Şahin Diniyevin komandası isə 5 görüşün ardından qalib gəldi. "Dənizçilər" 2 aydan sonra qapısını toxunulmaz saxladılar. Xallarının sayını 42-yə çatdıran “Səbail” 6-cı yerə yüksəldi.


Digər görüşdə isə “Sabah” autsayder “Kəpəz”ə qalib gəlib:


Kəpəz 1-2 Sabah

Paris 12'

İ.Belfodil 33'

Onanuqa 60'


Qollar:


Misli Premyer Liqasında 31 turdan sonra turnir cədvəli belədir:


İlk üçlükdə “Qarabağ”, “Zirə” və “Sumqayıt”dır!


Bombardirlər:

1.Olavio Juninyo ("Qarabağ") - 17 qol

2.Aleksandr Ramalinqom ("Səbail") - 13 qol


3.Yassin Benzia ("Qarabağ") - 12 qol

4.Nəriman Axundzadə ("Qarabağ") - 10 qol



0 comments
bottom of page