top of page

MOK İcraiyyə Komitəsinin yeni tərkində yer almayanlar: SİYAHI


Xəbər verdiyimiz kimi, bu gün Milli Olimpiya Komitəsinin (MOK) onlayn formatda VIII hesabat- seçki Baş Məclisi keçirilib.

MOK-un mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib. Daha sonra İlham Əliyev, Çingiz Hüseynzadə, Fərid Qayıbov, Azər Əliyev, Zemfira Meftaxetdinova, Nazim Hüseynov, Namiq Abdullayev, Fərid Mansurov, Faiq Qarayev, Könül Nurullayeva, Mariana Vasileva və Ramil Hacı MOK-un İcrayyə Komitəsinin üzvü seçiliblər.

90plus.az xəbər verir ki, İK-nin yeni tərkibi əvvəlkindən fərqli olaraq 17 deyil, 12 nəfərdən ibarətdir.

Bundan əvvəl İcraiyyə Komitəsinin üzvləri olan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, sabiq millət vəkili Ağacan Əbiyev, güləş üzrə dünya və Avropa çempionu Xəzər İsayev, gənclər və idman nazirinin sabiq müavini İsmayıl İsmayılov, əməkdar bədən tərbiyəsi və idman ustası Rəfiqə Şabanova, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, general-mayor Natiq Əliyev, Azərbaycan Cüdo Federasiyasının sabiq vitse-prezidenti Sadıq Sadıqov, Miniatür kitab muzeyinin rəhbəri Zərifə Salahova, Naxçıvan MR-in sabiq gənclər və idman naziri Azad Cabbarov yeni tərkibdə yer almayıblar.

Yeni Gənclər və idman naziri Fərid Qayıbov, MOK-un yeni baş katibi Azər Əliyev, millət vəkili Könül Nurullayeva, olimpiya çempionu Fərid Mansurov, gənclər və idman nazirinin müavini Mariana Vasileva və Ramil Hacı MOK-un İcrayyə Komitəsində ilk dəfə təmsil olunacaqlar.




0 comments
bottom of page