Morata ilə bağlı qərar verildi


Alvaro Morata "Yuventus"da oynamağa davam edəcək. 90plus.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat verib. Turin klubu müqavilənin uzadılması seçimindən istifadə edərək 28 yaşlı hücumçunun icarə müddətini uzadıb. Bunun Avropa çempionatında iyunun 14-ü keçiriləcək İspaniya - İsveç matçı öncəsi rəsmi olaraq elan edilməsi gözlənilir. Qeyd edək ki, Morata ötən mövsüm A seriyasının 32 matçında oynayıb, 11 qol vurub və 9 qolun ötürməsini verib.

0 comments