top of page

Mourinyo "Çelsi"yə qayıtmaq istəyir

“Roma”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”yə qayıtmaq istəyir.


90plus.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.


Portuqaliyalı mütəxəssis “Roma” rəhbərliyinin maliyyə dəstəyinin çox az olmasından şikayətlənir. O, öncədən çalışdırdığı “Çelsi”yə qayıtmağı düşünür.

Mourinyo 2004-2007 və 2013-2015-ci illərdə Premyer Liqa təmsilçisinin “sükanı arxasında” olub.


Mourinyonun İngiltərə klubuna geri qayıtması üçün “zadəganlar”ın rəhbərliyi ilə əlaqə saxlanılıb. Lakin onlar hazırkı baş məşqçi Qrem Potterə tam güvəndiklərini bildiriblər.


Mourinyonun ailəsi hələ də Londonda yaşayır. Bu səbəbdən, o, İngiltərədə çalışmağı əlverişli variant kimi nəzərdən keçirir.



0 comments
bottom of page