top of page

Mourinyo - öz-özü ilə sual-cavab...


"Tottenhem"in baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasının 25-ci turunda "Mançester Siti" ilə oyun öncəsi keçirilən mətbuat konfransında etdiyi hərəkətlə diqqət çəkib.

90plus.az xəbər verir ki, o, konfrans zamanı özünə suallar verməyə və onu cavablandırmağa başlayıb:

— Birinci sual: Transfer pəncərəsi bağlanana qədər yeni bir oyunçunun gəlməsini gözləyirsiniz?

—  Birinci cavab: Xeyr. Gəlin, davam edək. Növbəti sual.

— İkinci sual: Cari transfer pəncərəsindən razısınız?

— İkinci cavab: Bəli, razıyam.

— Üçüncü sual:  Yeni hücumçu istəmirsiniz?

Bu sualdan sonra isə Mourinyo gülüb.

0 comments
bottom of page