top of page

Mourinyonun 3 yolu: İngiltərə, Braziliya, yoxsa Səudiyyə Ərəbistanı?!


Mövsüm sonunda “Roma” ilə müqaviləsi başa çatacaq portuqaliyalı baş məşqçi Joze Mourinyonun İngiltərə Premyer Liqa təmsilçisi “Nyukasl Yunayted”ə başçı təyin olunacağı iddia edilib.


90plus.az "Onefootball"a istinadən xəbər verir ki, baş məşqçisi Eddi Hau ilə yollarını ayıran "Nyukasl" onun yerinə Mourinyonu gətirməyi planlaşdırır.


Portuqaliyalı məşqçi əvvəllər Premyer Liqada “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem” klublarını çalışdırıb.


Səudiyyə Ərəbistanı və Braziliyaya yollanmaq da Joze Mourinyonun planlarına daxildir. Ötən aylarda Səudiyyə Ərəbistanında işləmək üçün yaşıl işıq yandıran 60 yaşlı məşqçi, “Əminəm ki, bir gün orada çalışacağam. amma nə vaxt olduğunu bilmirəm”-deyib.


Federasiya seçkilərindən sonra Mourinyonun Braziliya Millisinə baş məşqçi təyin olunacağı xəbəri də yayılmağa başlayıb.

0 comments

コメント


bottom of page