top of page

MS braziliyalı futbolçunun qiymətini aşağı salmağa çalışır

“Mançester Siti” yarımmüdafiəçi Lukas Paketanın transferi ilə bağlı “Vest Hem”lə danışıqlar aparır.


90plus.az “The Telegraph”-a istinadən xəbər verir ki, “Vest Hem” təxminən 100 milyon avro qarşılığında futbolçunu Mançesterə buraxmağa hazırdır. “Şəhərlilər” isə braziliyalı futbolçu üçün belə bir məbləğ ödəməyə hazır deyillər. Onlar daha aşağı qiymət üçün danışıqlar aparmaq niyyətindədirlər.


Paketa ötən mövsüm Premyer Liqada 28 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

0 comments

Comments


bottom of page