top of page

Mundialda ilk 1/4 finalçı bəlli olub


Bu gün DÇ-2022-də 1/8 final mərhələsinə start verilib.

90plus.az xəbər verir ki, ilk oyun günündə nəzərdə tutulan 2 qarşılaşmadan 1-i başa çatıb.



Günün ilk matçında Niderland millisi ABŞ-la üz-üzə gəlib. "Xəlifə" stadionunda keçirilən görüşdə 3:1 hesabı ilə qalib gələn Niderlan 1/4 finala yüksəlib.

Günün diəgr matçında isə Argentina və Avstraliya yığmaları üz-üzə gələcək. "Əhməd ibn-Əli" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. 

Qeyd edək ki, Niderland - ABŞ cütünün qalibi 1/4 finalda Argentina - Avstraliya cütünün güclüsü il qarşılaşacaq.

3 deakbr

DÇ-2022, 1/8 final

19:00. Niderland - ABŞ - 3:1

Qollar: Memfis Depay, 10 (1:0), Blind, 45+1 (2:0),  Rayt, 76 (2:1), Dumfris, 81 (3:1)

Baş hakim: Vilton Sampayo (Braziliya)

"Xəlifə" stadionu

23:00. Argentina - Avstraliya

Baş hakim: Şimon Marçinyak (Polşa)

"Əhməd ibn-Əli" stadionu

0 comments
bottom of page