top of page

Mundialın ən yaxşı qolu adına namizədlər bəlli oldu

Qətərdəki dünya çempionatının ən yaxşı qolu adına namizədlər bəlli olub.


90plus.az - ın məlumatına görə, bu ada Səudiyyə Ərəbistanı millisindən Salem Əl-Davsari, Braziliya yığmasından Rişarlison və Neymar, Niderlanddan Kodi Qakpo, Argentinadan Entso Fernandes, Kamerundan Vensan Abubakar, Meksikadan Luis Çaves, Fransadan Kilian Mbappe, və Cənubi Koreyadan Pek Sın Xo iddia edir.


Qeyd edək ki, DÇ-2022-də ümumilikdə 172 qol vurulub. Bu isə mundiallar tarixində rekord göstəricidir.



0 comments
bottom of page