top of page

Musa Qurbanlı haqda İsveç klubunun rəsmisi danışdı


Dünən İsveç çemoionatında “Yurqorden” AİK-lə (0-2) oyunda da Musa Qurbanlıya etimad etmədi, adını iştirak heyətinə yazmadı.


90plus.az xəbər verir ki, klubun idman meneceri Bosse Andersson Musanın İsveç təmsilçisindən ayrılmaq ehtimalı barədə fikir bildirib:

"Hazırda belə plan yoxdur. Musa ayrılmaq istədiyini deməyib. Yaxşı dialoqumuz var. Təbii ki, bir futbolçu oynamasa, məyus olur. Musada da belədir".


Qeyd: Musa Qurbanlı ötən mövsüm İsveç çempionatında 14 matçda 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub.


Mənbə: Aftonbladet



0 comments
bottom of page