top of page

"Müdafiə və əks hücumlar dəbdə deyil"



"Müdafiə və əks hücumlar dəbdə deyil, Roberto Mançini bunu başa düşüb". 90plus.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya yığmasının Avropa çempionatındakı çıxışı barədə danışarkən deyib. Məşqçi bildirib ki, İtaliya millisi aktiv futbol oynayır və tez-tez hücuma keçir: "Hazırda yalnız bu şəkildə qələbə qazanırıq. Mançini milliyə qalib gələn düşüncə tərzini aşılamaqla və gənclərə şans verməklə əla iş görür. Düşünürəm ki, bu inqilab daha əvvəl başladılıb. Nəticəni spekulyasiya etmək indi nəticə vermir. Bunu başa düşməyimiz digərlərindən bir az daha uzun çəkib". Qeyd edək ki, İtaliya millisi A qrupunda 9 xal toplayıb və birinci yerin sahibi kimi növbəti mərhələyə yüksəlib.

0 comments
bottom of page