top of page

"Məni buraya azarkeş gətirməyib"


"İnamlı çıxış etdik. İlk dəqiqələrdən nəzarəti ələ aldıq. Bu cür təzyiq gözləyirdik. Çünki rəqibə xal lazım idi. Hər şey gözlədiyimiz kimi başladı. Rəqibi qələbə münasibətilə təbrik edirəm". 90plus.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları matçdan sonra deyib. O bildirib ki, matçın gedişində "İstefa" şüarları səsləndirənlər həyatda mövqeyi olmayan insanlardır: "Onlar ötən mövsüm yanımızda fırlanırdılar. Məni buraya azarkeş gətirməyib. Klub nə qərar versə, o da olacaq. Azarkeş heç nəyi həll etməyəcək. Boş verin, getsin".

0 comments
bottom of page