top of page

“Məğlub olduğumuz üçün məyusam” - İsveçin baş məşqçisi


İsveç yığma komandasının baş məşqçisi Yanne Andersson millimizə 0-3 məğlub olduqları oyun barədə danışıb.


90plus.az xəbər verir ki, Andersson millimizi təbrik edib:


“Dünən də mətbuat konfransda dediyim kimi, Azərbaycan millisi çox yaxşı komandadır. Əla oyunçuları var. Matçın əvvəlində asan qollar vurdular. 0:2 hesabından sonra geri dönmək alınmadı. Komandam yaxşı çıxış etdi. Belçika və Avstriya millisinə qarşı da yaxşı çıxış etmişdilər. Azərbaycan millisini qələbə münasibətilə təbrik edirəm”.


İsveçli mütəxəssis Emin Mahmudovun vurduğu ikinci qoldan da söz açıb: “2017 ci ildə Fransa millisinə qarşı 45 metrdən qol vurmuşduq. Bu qol da çox yaxşı qol idi. Təbrik edirəm. Məğlub olduğumuz üçün məyusam”.

0 comments
bottom of page