top of page

Məşhur məşqçi ərəblərlə müqavilə bağladı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Cəzirə” klubu niderlandlı mütəxəssis Frank de Burun baş məşqçi təyin olunduğunu açıqlayıb.


90plus.az klubun “tvitter” hesabına istinadən xəbər verir ki, 53 yaşlı məşqçi BƏƏ təmsilçisi ilə iyulun 1-dən qüvvəyə minəcək 2 illik müqavilə imzalayıb.


Son BƏƏ çempionatında “Əl-Cəzirə” 5-ci olub.

De Burun son iş yeri AÇ-2020-dən sonra tərk etdiyi Niderland millisi olub.


Bundan əvvəl Frank de Bur “Atlanta Yunayted”, “Kristal Pelas”, “İnter” və “Ayaks”da da çalışıb.

0 comments
bottom of page