top of page

Məşqçiyə hökm oxunub


Paytaxtda iyulun 14-də yürüşdə iştirakı ilə bağlı saxlanılan Mehdi İbrahimova hökm oxunub.

90plus.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, İbrahimova qarşı 1 il 3 aylıq şərti azadlıqdan məhrumetmə cəzası tətbiq edilib.


Qeyd edək ki, o, karantin qaydalarını pozaraq koronavirus infeksiyasını yaymaqda ittiham olunaraq barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmişdi. O, vəkili vasitəsilə ev dustaqlığına buraxılması üçün Xətai rayon məhkəməsinə müraciət etmişdi və hakim İbrahim İbrahimli onun müraciətini təmin etmişdi. M.İbrahimov ev dustaqlığına buraxılmışdı.


Qeyd edək ki, Mehdi İbrahimov uşaq futbol komandalarında məşqçi olaraq çalışır.

0 comments
bottom of page