top of page

“Növbəti mərhələyə adlamağa layiq idik” - Adrian Mutu

“Növbəti mərhələyə adlamağa layiq idik”.


90plus.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu 8-ci km stadionunda Bosniya və Herseqovinanın “Jelezniçar” klubunu 2:0 hesabı ilə məğlub etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.


Rumıniyalı mütəxəssis ilk görüşdəki 2:2 hesablı bərabərliyin revanşında rəqibi üstələdikləri üçün sevincli olduğunu bildirib: “Ağır oyun oldu. Hər iki matçı yaxşı keçirdik. Növbəti mərhələyə adlamağa layiq idik. Hər şeyə əvvəldən başlamışıq. Hara kimi irəliləyəcəyimizi bilmirəm”.

0 comments

Comments


bottom of page