top of page

“Nəyisə düz etməsək, şansımızı itirəcəyik” - "Bayer"li futbolçu


"Bayer"in futbolçusu Yosip Stanişiç UEFA Avropa Liqasının 1/8 final mərhələsinin "Qarabağ"la cavab oyunundan əvvəl mətbuat konfransında fikirlərini bildirib.


90plus.az xəbər verir ki, Y.Stanişiç "Qarabağ"ın güclü rəqib olduğunu bildirib:


"Biz rəqiblərimizin zəif olduğunu heç vaxt düşünməmişik. Bilirik ki, "Qarabağ" güclüdür. Bizi asan oyun gözləmir. Sabah əlimizdən gələni edəcəyik. İlk matç bizim üçün çox çətin keçdi. Onlar xüsusilə ilk hissədə güclü idilər. Sabahkı matçda qələbə üçün əlimizdən gələni edəcəyik.

Sabahkı oyuna hazırıq. Bilirik ki, nəyisə düz etməsək, şansımızı itirəcəyik. Ümid edirik ki, hər şey yaxşı olacaq".


Almaniyalı müdafiəçi oyuna çox yaxşı hazırlaşdıqlarını da vurğulayıb: "Düzdür, əvvəlki matçlarda o qədər şans qazanmamışdım. Komandaya öyrəşmək lazımdır. Bu, hər bir futbolçuda baş verir. Mənim üçün hər bir yarış önəmlidir. Hər bir turnirdə yaxşı performans göstərməyə çalışıram. Komanda şəklində bütün turnirlərdə maksimum nəticə qazanmağa çalışırıq. Ümumilikdə yaxşı performans nümayiş etdirməliyik. Bu vaxta qədər çox yaxşı çıxış etmişik".


Xatırlatma: Sabah - martın 14-də keçiriləcək “Bayer” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında Bakıda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.

0 comments

Коментари


bottom of page