top of page

Nabil Fekir: “Bütün dualarımız Qəzza xalqının yanındadır”

“Betis”in futbolçusu Nabil Fekir İsrail ordusu tərəfindən hücuma məruz qalan Qəzza sakinlərinə dəstək sözlərini bildirib.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, o, günahsız insanların fələstinli olduqlarına görə qətlə yetirildiklərini söyləyib:


“20 gündən çox bombardman! Qırğın hər kəsin gözü qarşısındadır. Günahsız qadınlar, uşaqlar, kişilər yalnız fələstinli olduqları üçün öldürülür. Bu, soyqırımdır. Allah onlara kömək olsun. Bütün dualarımız Qəzza xalqının yanındadır”.


Son saatlarda İsrail Qəzza zolağının şimalında bombardmanlarını gücləndirib.


30 yaşlı futbolçu dizindən zədələndiyi üçün bu mövsüm “Betis”in heyətində heç bir matçda iştirak etməyib.



0 comments

Comments


bottom of page