top of page

Namik Ələskərova təzminat ödəniləcək


Türkiyənin "Bursaspor" klubu Azərbaycan millisinin futbolçusu Namik Ələskərova təzminat ödəyəcək. 90plus.az xəbər verir ki, səbəb 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə vaxtından əvvəl xitam verilməsidir. Müqaviləyə əsasən, bu halda "timsahlar" Ələskərova müəyyən məbləğdə ödəniş etməlidir. Lakin bunun hansı formada tənzimlənəcəyi tərəflər arasındakı danışıqlardan sonra müəyyənləşəcək. Qeyd edək ki, Namik Ələskərov "Bursaspor"la ötən ilin yayında 2+1 illik sözləşmə imzalayıb. Bursa təmsilçisi II liqaya düşdüyündən və orada legionerlərin çıxışına icazə verilmədiyindən, əcnəbi oyunçularla yollar ayrılacaq.

0 comments
bottom of page