top of page

“Napoli”nin prezidenti Osimhen barədə: “Saxlamaq çətindir"


"Napoli" klubunun prezidenti De Laurentiis Osimhenin mümkün gedişi barədə açıqlama verib.


90plus.az "Fabrizio Romano"ya istinadən xəbər verir ki, klub rəhbəri ulduz futbolçunu saxlamağa maddi imkanlarının çatmadığını etiraf edib:


"Viktor Osimhenin müqaviləsində sərbəstqalma məbləği var və bu, çox yüksəkdir. Bəzi oyunçular illərlə burada qalır. Digərləri isə PSJ, "Arsenal", "Mançester Siti" və "Çelsi" tərəfindən axtarılır. Çox varlı Avropa klubları tərəfindən istənən oyunçuları saxlamaq çətindir".


Qeyd: Nigeriyalı hücumçunun müqaviləsindəki sərbəstqalma bəndi yay transfer pəncərəsindən etibarən aktiv olacaq. Məbləğ 120-130 milyon avro aralığındadır.

0 comments

Comments


bottom of page