
Azərbaycanlı futbolçu Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge" Almaniya 3-cü liqasında 28-ci tur oyununa çıxıb.
90plus.az xəbər verir ki, Aue təmsilçisi "Münhen-1860"la qarşılaşıb və 1:3 hesabı ilə uduzub. Nazarov bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Qeyd edək ki, "Erzgebirge" hazırda 36 xalla 20 komanda arasında 11-ci pillədə qərarlaşıb. Siyahıya 59 xalla "Elversberq" başçılıq edir.