top of page

“Neftçi” klubu Vadim Vasilyevə dəstək oldu

Neftçi klubu hazırda yaxşı vəziyyətdə olmayan keçmiş oyunçusu Vadim Vasilyevə dəstək olub.


90plus.az xəbər verir ki, sabiq futbolçu köməyə ehtiyacı olması ilə bağlı öz hesabında paylaşım etmişdi.


53 yaşlı keçmiş krçmiş futbolçuya kəskin beyin qan dövranı pozğunluğu, sağ beyin yarımkürəsində işemik insult, hər iki ağciyərlərdə fibrotik dəyişikliklər və plevrit əlamətləri klinik diaqnozu qoyulub.


Qeyd: V.Vasilyev Azərbaycan millisinin heyətində 33 oyun keçirib və 2 qol vurub. O, karyerası ərzində “Xəzri”, “Bakı Fəhləsi” “Neftçi”, “Qarabağ”, “Bakı”, “Olimpik” və “Karvan” komandalarının formasını geyinib.


Ukraynada legioner həyatı da yaşayan veteran futbolçu “Medita”, “Metallurq” (Donetsk) və “Tavriya” klublarında çıxış edib.


0 comments

Comments


bottom of page