top of page

“Neftçi”nin baş məşqçisi haqda:“Bir-iki ildən sonra onun komandası çökür”


2007-10-cu illərdə “Lokomotiv”in (Moskva) prezidenti olmuş Nikolay Naumov Miodraq Bojoviçin “Neftçi”yə baş məşqçi təyin olunmasına münasibət bildirib.


90plus.az xəbər verir ki, Naumov Rusiya mediasına açıqlamasında monteneqrolu mütəxəssisin “Neftçi” üçün faydalı olmayacağını deyib:


“Yadımdadır, “Neftçi” bir neçə dəfə bizim komandalarla oynayıb. Ona görə də mənə elə gəlir ki, bu, Bojoviç üçün yaxşı variantdır. Bojoviçin təyinatının “Neftçi” üçün yaxşı olub-olmamasına gəlincə, onun işi ilə bağlı o qədər də məlumatlı deyiləm. Adətən, bir-iki ildən sonra onun komandası çökür. Onun bütün komandaları bu cür çıxış edib. Buna görə də düşünürəm ki, Bojoviçin çətin ki, “Neftçi”yə faydası olsun. Buna baxmayaraq, o, tanınmış məşqçidir. Azərbaycanda Bojoviçdən güclü məşqçi olduğunu da düşünmürəm. Görək, necə olacaq. Onun orada komanda quracağını indi birmənalı demək mümkün deyil. Mənə elə gəlir ki, 1-2 ildən sonra bizim klublardan qovulduğu vaxtlardakı kimi mənzərə yaşanacaq”.


Qeyd: Bojoviç 2014-15-ci illərdə "Lokomotiv"in baş məşqçisi işləyib.

0 comments

Comentários


bottom of page