top of page

"Neftçi" azarkeşlərindən etiraz pankartı

Misli Premyer Liqasının 19-cu turunda bu gün keçirilən "Sabah" - "Neftçi" matçında diqqətçəkən pankart açılıb.


90plus.az xəbər verir ki, "Forza "Neftçi" azarkeşlərinin toplaşdığı sektorda açılan pankartda komandanın son illərdəki uğursuz çıxışlarına etiraz olaraq batan gəmi təsvir edilib və üzərində "Təbriklər. Axır ki, "Neftçi"ni batırdıq!" sözləri yazılıb.


Qeyd edək ki, "Sabah"a 0:2 hesabı ilə uduzan "Neftçi" hazırda 38 xalla 3-cü pillədə qərarlaşıb. "Ağ-qaralar"ı lider "Qarabağ"dan 15 xal ayırır.



0 comments
bottom of page