top of page

"Neftçi"dən "Turan Tovuz"a keçdi




Yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Turan Tovuz” heyətinə daha bir oyunçu cəlb edib.


90plus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçsi “Neftçi”dən Turan Vəlizadəni icarəyə götürüb. Onunla 1 illik müqavilə imzalanıb.


“Neftçi”nin yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi son mövsümü icarə əsasında “Şamaxı”da keçirib.


Qeyd edək ki, "Turan Tovuz" Kamal Bayramov, Şəhriyar Əliyev, Tərlan Quliyev, Tərlan Əhmədli, Şakir Seyidov və Veysəl Rzayevi də heyətinə cəlb edib.

0 comments
bottom of page