top of page

“Neftçi” Konfrans Liqasında mübarizəni dayandırdı



Bu gün Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.


90plus.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Neftçi” də cavab oyununa çıxıb.


"Ağ-qaralar" Avstriyada “Rapid”lə üz-üzə gəlib. Bakıda 2:1 hesablı qələbə qazanan Bakı klubu cavab görüşündə 0:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb

Qeyd edək ki, bu mərhələni keçən "Rapid"  pley-offda “Vaduts”la qarşılaşacaq.  Pley-off avqustun 18-də və 25-də keçiriləcək.

 

11 avqust

Konfrans Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu

22:30. “Rapid” (Avstriya) – “Neftçi” (Azərbaycan)- 2:0 

Qol: Qrüll, 67, Druif, 113 Baş hakim: Rahit Saqqi (Norveç) Vyana. “Veststadion” İlk oyun – 1:2

0 comments
bottom of page