top of page

"Neftçi" "Makkabi" ilə oyunda qələbəni əldən verdi!


Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir.


90plus.az xəbər verir ki, son Azərbaycan çempionu “Neftçi” də turnirdə debüt matçına çıxıb. Samir Abasovun komandası Bakıda Hayfa “Makkabi”si ilə qarşılaşıb. Paytaxt təmsilçisi İsrail klubu ilə 3:3 hesablı heç-heçə edib.


Komandalar arasında cavab görüşü avqustun 26-da İsraildə olacaq.


Qeyd edək ki, həm "Neftçi", həm də "Makkabi" avrokuboklarda mübarizəyə Çempionlar Liqasından başlayıb. Burada mübarizəni dayandıran komandalar Avropa Liqasına, oradan da Konfrans Liqasına yuvarlanıblar.



19 avqust


Konfrans Liqası


Pley-offun ilk oyunu


21:00. “Neftçi” (Azərbaycan) – “Makkabi” (Hayfa, İsrail) - 3:3

Qol: Atzili, 9 (0:1), Laval, 50 (1:1), 66 (2:1), Mahmudov, 72 (3:1), Çeri, 78 (3:2), 90+6 (3:3)

Qırmızı vərəqə: İsmayıl Zülfüqarlı, 77 ("Neftçi")

Baş hakim: Delayod Uilli (Fransa)

Bakı. “Bakcell Arena”

0 comments
bottom of page