top of page

"Neftçi" məşqçisinə təzminat ödəməyəcək


"Neftçi" istefaya göndərməyə hazırlaşdığı  Laurentsiu Regekampfa təzminat ödəməyəcək.

90plus.az xəbər verir ki, bu barədə romaniatv.net məlumat yayıb. Bildirilib ki, əvvəlcə rumıniyalı mütəxəssis Bakı təmsilçisindən 100 min avro təzminat istəyib. Ancaq sonradan tərəflər heç bir təzminat ödəməməklə bağlı razılığa gəliblər.



Regekampfın Səudiyyə Ərəbistanının 2, Qətərin isə 1 klubundan təklif aldığı bildirilir.

Qeyd edək ki, 2022-ci ilin yayından "Neftçi"ni çalışdıran Regekampfın Bakı klubu ilə 2024-cü ilin yayına qədər müqaviləsi var.

0 comments
bottom of page