top of page

“Neftçi” qalib gələ bilmədi, “Zirə” turu 2-ci bitirdi!

Misli Premyer Liqasının 29-cu turuna “Neftçi” - “Sumqayıt” oyunu ilə yekun vurulub.


90plus.az xəbər verir ki,  bu oyuna qədər 2-ci pillədə qərarlaşan "Neftçi" evdə "Sumqayıt"la heç-heçə edib:


Neftçi 1 - 1 Sumqayıt

Yuri Matias 14’ (ö.q)

Emin Mahmudov 73’


Qollar:


"Neftçi"nin bu qolu qeydə alınmır. VİDEO


Qoldan sonra ara qarışdı. "Neftçi"nin futbolçuları qərardan razı deyil.VİDEO


Beləcə,  Miodrag Bojoviçin komandası ölkə kuboku nəzərə alınmaqla ardıcıl 2-ci matçda qalib gələ bilmədi. "Ağ-qaralar" “Sumqayıt”a qarşı son 5 görüşün yalnız 1-də qələbə qazanıblar. Xallarının sayını 44-ə çatdıran “Neftçi” 3-cü pillədə yer alır.


Samir Abasovun kollektivi isə qeyri-sabit çıxışını davam etdirir. "Kimyaçılar"ın bütün turnilərdə son 9 oyunda 2, səfərdə isə son 6 matçda 1 qələbəsi var. 43 xala malik Sumqayıt 4-cü yerdədir.


Bu nəticə ilə həm də Rəşad Sadıqovun komandası 2-ci pilləyə yüksəlib.


Bu da Misli Premyer Liqasında 29 turdan sonra turnir cədvəli. FOTO



Bombardirlər:


1 Juninyo ("Qarabağ") - 17 qol

2 Aleksandr Ramalinqom ("Səbail") - 11 qol

3 Yassin Benzia ("Qarabağ") - 11 qol

4 Orxan Əliyev ("Araz-Naxçıvan") - 9 qol.


0 comments
bottom of page