top of page

Neymar koronavirusa yoluxdu

PSJ-də daha bir futbolçusunda koronavirus aşkarlandığını açıqlayıb.

90plus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bütün komanda yaxın saatlarda növbəti dəfə testdən keçəcək.


Bundan əvvəl iki futbolçunun – yarımmüdafiəçilər Anhel Di Mariya və Leandro Paradesin virusa yoluxduğu məlum idi. Paris təmsilçisi virus tapılan futbolçuların adlarını açıqlamasa da, "LEquipe" nəşri 3-cü yoluxmanın Neymarda aşkarlandığını yazıb. Hər üç futbolçunun İbizadakı istirahətini yarımçıq qoyaraq Parisə qayıtdığı və karantinə alındığı bildirilib.

0 comments
bottom of page