top of page

Neymar millidəki çıxışını davam etdirəcək?

Fransanın PSJ klubunun futbolçusu Neymar Braziliya millisində çıxışını davam etdirəcək.


90plus.az "Goal" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı forvard yığmadakı karyerasını bitirmək qərarına gəlsə də, komanda yoldaşları onu fikrindən daşındırmağa nail olublar.


Təcrübəli forvardın Qətərdəki dünya çempionatının 1/4 finalında Xorvatiyaya məğlubiyyətdən sonra "pentakampeonlar"ın şərəfini qorumaqdan imtina edəcəyi ilə bağlı məlumat yayılmışdı. İddiaya görə, ulduz futbolçu milli komanda ilə birdəfəlik vidalaşmaq niyyətində olmasa da, bir müddət yığmadan kənarda qalmaq istəyirdi.


Lakin Vinisius Junior, Rodriqo, Rişarlison, Rafinya, Lukas Paketa və Antoninin təkidindən sonra Neymar Braziliya seçməsində qalmağa razılıq verib.



0 comments
bottom of page