top of page

Novak Cokoviç tarixə düşüb


Serbiyalı Novak Cokoviç hər "Böyük Dəbilqə" turnirində 100 oyun keçirən ilk tennisçi kimi tarixə düşüb.


90plus.az xəbər verir ki, argentinalı Tomas Martin Etçeverri ilə Avstraliya Açıq çempionatının üçüncü turunun qarşılaşması onun üçün yubiley matçı olub.


Cokoviç "Uimbldon"da 103, "Rollan Qarros"da 108, ABŞ Açıq çempionatında 101 oyun keçirib. 36 yaşlı serbiyalı Avstraliya Açıq çempionatının 10 qat qalibidir.

0 comments
bottom of page