top of page

Noyerin zədədən sağalması gecikir

“Bayern”in və Almaniya millisinin qapıçısı Manuel Noyerin zədədən sağalması gecikir.


90plus.az “Bild”-ə istinadən xəbər verir ki, may ayının sonunda Noyerin ayağından cərrahi yolla vint çıxarılıb ki, bu da zədənin nəticəsidir.


Son həftələrdə qapıçı diskomfort və ağrı səbəbindən məşqdə problemlər yaşayır. Münhen klubunun rəsmiləri onun yaşıl meydanlara yalnız 2024-cü ildə tam şəkildə qayıda biləcəyini etiraf edirlər.


Xatırladaq ki, Noyer tətildə xizək sürərkən ayağını sındırıb. 37 yaşlı futbolçu 2022-ci il dekabrın 1-dən bəri oynamır.



0 comments

Comments


bottom of page